Xəbər lenti
Bakıda iki dost azyaşlını kimsəsiz yerə apardılar və ... – Təfərrüat

Bakının Nizami rayonunda azyaşlıya təcavüz edilib.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, rayon ərazisində Vidadi Əsədov dostu Məhyəddin Fətullayev ilə birlikdə Samirə Məmmədovaya (ad və soyad şərti verilib – red.) təcavüz ediblər.
İki dost Samirə Məmmədovanı aldadaraq kimsəsiz bir əraziyə gətiriblər. Orada həmin şəxslər Samirə Məmmədovaya zorakılıq ediblər, onunla zorla cinsi əlaqədə olublar.
Daha sonra Vidadi Əsədov və Məhyəddin Fətullayev Samirəni seksual xarakterli əxlaqsız hərəkətlərə məcbur ediblər.
Samirə bu tələbi yerinə yetirmədiyi halda döyülüb və zorlanıb.
Samirə Məmmədova hüquq-mühafizə orqanlarına şikayət edəndən sonra hər iki şəxs həbs edilib.
İstintaq orqanı tərəfindən Vidadi Əsədov və Məhyəddin Fətullayevin barəsində Cinayət Məcəlləsinin 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.
Nizami rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanının hər iki təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verdiyi təqdimata baxılıb.
Hakim təqdimatı təmin edib.
Hər iki şəxsin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq hərəkətləri davam edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar