Sizin Reklam Burada
Xəbər lenti
10-05-2024
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda tükürpədən qətl!- Qadın öldürüldü, samanlığa atıldı və evdən məktub tapıldı

Tarix: 25-12-2018 11:32     Baxış: 4179 A- / A+
Azərbaycanda tükürpədən qətl!- Qadın öldürüldü, samanlığa atıldı və evdən məktub tapıldı

İsmayllıda bir evin həyətində samanlığın altında qadın meyiti tapılıb. İlkin ehtimala görə, qadını həyat yoldaşı öldürüb. Polis əməkdaşları evdən qadının ölümü ilə bağlı yazılı vərəq tapdığını bildirib. Qətldə şübhəli bilinən kişinin yeri isə hələ ki müəyyənləşdirilməyib.

Qadının meyiti evin həyətində samanlığın altında tapılıb.

Hadisə İsmayıllı rayonunda Gəraybəyli kəndində olub. Bakıda yaşayan 74 yaşlı Hacalı Axundov və həyat yoldaşı Əzizə Axundova bir müddət əvvəl kənddəki evlərinə gəliblər. Onlardan xəbər ala bilməyən oğulları Asif Axundov narahat olub və kəndə gəlib. Həyətdə qan izləri görüb və samanlığın altından anası Əzizə Axundovanın meyitini tapıb. Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.

Hüquq mühafizə orqanları həyətə baxış keçiriblər. İlkin ehtimala görə, qadın həyat yoldaşı tərəfindən öldürülüb. Ancaq qonşuları cinayətin Hacalı Axundov tərəfindən törədildiyinə inanmırlar.

Polis əməkdaşlarının evdən qadının ölümü ilə bağlı məktub tapdıqları bildirilir. Qətldə şübhəli bilinən Hacalı Axundov isə hələ ki tapılmayıb. Hadisənin təfərrüatları araşdırılır.sonxeber

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar