Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanda azərbaycanlılar və türkiyəlilər kütləvi hücuma məruz qalıblar

Tarix: 21-12-2018 19:30     Baxış: 3201 A- / A+
Gürcüstanda azərbaycanlılar və türkiyəlilər kütləvi hücuma məruz qalıblar

Daxili İşlər Nazirliyi məsələnin araşdırılmasını xüsusi nəzarətə götürüb
Gürcüstanın Zuqdidi rayonunda 8 nəfər "Tural Group" meşə fındığı emalı fabrikinin azərbaycanlılar və türklərdən ibarət işçilərinə hücum edib. Bu barədə Sputnik Azərbaycan-a Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev məlumat verib.

Silahlı basqın dekabrın 20-də saat 22:00-da baş verib. Maskalı adamlar fabrikin binasına daxil olaraq oradakı bir neçə işçini (ilkin məlumata görə 5 nəfəri) döyüblər və sonra onların əl-qolunu bağlayıblar.

İşçilər arasında etnik azərbaycanlılardan biri xüsusilə zərər çəkib. O, xəstəxanaya aparılıb və ağır kəllə-beyin travması aldığı məlum olub.

Bu yolla quldurlar müəssisədən 50 min lari (təqribən 32 min manat) pul aparıblar. Hazırda polis quldur hücumunda iştirak etməkdə şübhəli bilinən şəxsləri axtarır.

"Hələlik məlum olan yalnız budur. Biz hadisələrin inkişafını izləyirik və zavoda basqın edən şəxslər saxlanılarsa, bu barədə KİV-ə məlumat verəcəyik"
- deyə Əli Babayev bildirib.

Faktla bağlı istintaq başlayıb. Gürcüstanın Daxili İşlər Nazirliyi məsələnin araşdırılmasını xüsusi nəzarətə götürüb. Çünki "Tural Group" bu ölkədəki ən böyük investorlardan biridir.


Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar