Xəbər lenti
Şəhid məzarına əl uzatdılar - "Gecə gəlirlər və..."
Aprel şəhidinin qəbrinin üstünə qoyulan güllər oğurlanıb
Əhaliyə Vətəndaşlıq Xidməti Tresti Fəxri Xiyabanda aprel şəhidi, mayor Urfan Vəlizadənin qəbrinin üstünə qoyulan güllərin oğurlanmasına münasibət bildirib.
Trestin baş mühəndisi Cabir Həsənov aznews.az-a açıqlamasında aprel şəhidi Urfan Vəlizadənin qəbrinin üstünə qoyulan güllərin gecə oğurandığını deyib:
“Təkcə Fəxri Xiyabandan deyil, bütün qəbiristanlıqlardan dəfələrlə oğurluq edilib. Kimi gül oğurlayır, kimi də dəmir parcaları. Ümumiyyətlə, Fəxri Xiyabanın mühafizəsi yoxdur. Oğurluq hadisələri gecə baş verir. Bizim isə gecə mühafizəmiz yoxdur. Əməkdaşların iş vaxtı saat 17:00-da başa çatır. Qəbiristanlıda baş verən oğurluq hadisəsi ilə bağlı dəfələrlə hüquq-mühafizə oranlarına məlumat vermişik və bura mühafizə ayrılmasını tələb etmişik. Oradan bizə bildiriblər ki, yaxın vaxtlarda mühafizə ayrılacaq”.
Cabir Həsənov qəbiristanlıqdan oğurluq edən böyük bir dəstənin həbs olunduğunu qeyd edib.
Qeyd edək ki, Fəxri Xiyabanda aprel şəhidi, mayor Urfan Vəlizadənin qəbrinin üstünə qoyulan güllər oğurlanıb. Şəhidin həyat yoldaşı Könül Vəlizadə məsələ ilə bağlı Yasamal Rayon 28-ci Polis Bölməsinə müraciət olunduğunu bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar