Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda itkin düşən qızı əmisi oğlu öldürüb – Kişilərə satırmış… (Təfərrüat)

Tarix: 20-12-2018 13:30     Baxış: 3275 A- / A+
Azərbaycanda itkin düşən qızı əmisi oğlu öldürüb – Kişilərə satırmış… (Təfərrüat)

Ucarda baş verən dəhşətli qətlin təfərrüatları ortaya çıxıb.

Manevr.az A24.Az-a istinadən xəbər verir ki, Ucar rayonu, Qaradağlı kəndində başı kəsilərək su kanalına atılan 31 yaşlı Gülnar Həşimovanın öz əmisi oğlu tərəfindən qətlə yetirildiyi məlum olub. Belə ki, İlkin Çıqqarov əmisi qızına 22 bıçaq zərbəsi endirib. O, qızı qətlə yetirməzdən öncə təcavüz edib. 26 yaşlı gəncin hadisəni sərxoş halda törətdiyi bildirilir.

İlkin Çıqqarov əmisi qızını pul qarşılığında başqa kişilərə satırmış. Hadisənin də pul üstündə baş verdiyi qeyd edilir. Əmisi qızını öldürən şəxs daha sonra bıçağı yaxınlıqdakı qamışlıq əraziyə ataraq qaçıb.

Xatırladaq ki, dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən İlkin Çıqqarov artıq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar