Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda fəhlələr yenə krana dırmaşıblar: "Maaşımızı verməsəniz, özümüzü atacağıq"

Tarix: 18-12-2018 20:26     Baxış: 3240 A- / A+
Bakıda fəhlələr yenə krana dırmaşıblar:

Bakının Xətai rayonunun fəhlələri etiraz forması və təzyiq metodu kimi intiharla hədələməni seçiblər. Bu barədə Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Polis Gəncə prospektində yerləşən "Engener Constra" ASC tikinti şirkətində dekabrın 17-də baş verən xoşagəlməz insidenti araşdırır. Şirkətin icraçı direktoru, 39 yaşlı Pərviz Əkbərov Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə müraciət edib. O bildirib ki, 6 gün əvvəl şirkət bir neçə işçini işə götürüb.

İşçilərin işə qəbulu rəsmiləşdirilsə də, onlar öz vəzifə öhdəliklərini yerinə yetirməyiblər. Dekabrın 17-də şirkətin ofisinə gələn həmin şəhər sakinləri - Anar İstrafilov, Sabir Yarıyev və Emin İsmayılov işləmək arzularını ifadə ediblər. Lakin şirkətin rəhbərliyi işə səhlənkar yanaşdıqlarına görə, onlarla işləməkdən imtina edib.

Ancaq bu üçlük inadkarlıq edərək onlara təzminat ödənilməsini tələb edib. Onlar bir kranın üzərinə dırmaşıblar və şirkət onlara 4 min manat ödəməyəcəyi təqdirdə, özlərini oradan atacaqları ilə hədələyiblər.

Şirkətin əməkdaşları intiharın qarşısını almaq və ölümün baş verməsini ənəgəlləmək üçün işçilərin tələbini yerinə yetirərək onlara 4 min manat ödəyiblər. Pulu Yarıyevin qardaşı İbrahim Yarıyev götürüb. Yalnız bundan sonra işçilər aşağı eniblər.

Lakin aşağıda artıq etirazçıları polis gözləyirmiş. Polis onları vəziyyətin araşdırılması üçün şöbəyə aparıb.

Qeyd edək ki, Xətai RPİ-nin əməkdaşları üçün kranın köməyi ilə intihara cəhd edənləri zərərsizləşdirmək və istintaqa cəlb etmək elə də çətin deyil. Çünki onlar artıq bu vəziyyətə öyrəncəlidirlər.

Belə ki, bu il sentyabrın 5-də tikinti şirkətinin 6 əməkdaşı bir neçə ay ərzində üst-üstə yığılmış əmək haqlarının verilməsi tələbi ilə krana dırmaşmışdı. Onlar əməkhaqları ödənilməyəcəyi təqdirdə özlərini krandan aşağı atacaqları ilə hədələmişdilər.

Bununla yanaşı, avqusun 28-də eyni şirkətin digər dörd fəhləsi Süleyman Vəzirov küçəsi, 17 ünvanında tikilməkdə olan binanın 16-cı mərtəbəsinə çıxaraq əmək haqlarının ödənilməsini tələb etmişdilər. Tələbləri qısa zamanda yerinə yetirilməsə, intihar edəcəklərini bildirmişdilər. Burada da məlum olmuşdu ki, tikinti şirkətinin rəhbərliyi işçilərə bir neçə aydır əməkhaqqı ödəməyib./sputnik.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar