Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda dəhşətli hadisə -gülləni boynundan vurdu və...

Tarix: 14-12-2018 16:52     Baxış: 3236 A- / A+
Bakıda dəhşətli hadisə

Noyabrın 18-nə keçən gecə Şüvəlanda baş vermiş güllələnmə hadisəsi zamanı ağır xəsarət alan şəxs vəfat edib.

1986-cı il təvəllüdlü Əliyev Qorxmaz Adil oğlu tərəfindən güllələnən 1979-cu il təvəllüdlü Sərvər Quliyev ağır vəziyyətdə yerləşdirildiyi Nevrocərrahiyyə Xəstəxanasında dünyasını dəyişib.

Bildirilir ki, noyabrın 17-də Əliyev Qorxmaz Adil oğlu Sərvər Quliyevin qardaşı ilə eyni məclisdə iştirak edib. Belə ki, qohum olan həmin şəxslər Şamaxı rayonuna Qorxmazın dayısı qızının toyuna gedib. Daha sonra onlar avtobusla bir yerdə Bakıya qayıdıblar. Yolda Sərvər Quliyevin ögey qardaşı Anar Hüseynovla Qorxmaz arasında mübahisə baş verib. Bu zaman Qorxmaz Anarı vurub. Avtobus şəhərə çatan kimi həmin şəxslər metronun "20 Yanvar" stansiyası yaxınlığında düşürdülüb. Anar tez Şüvəlana gələrək yolda baş verənlər barədə ögey qardaşı Sərvərə danışıb. İki qardaş Qorxmazın gəlməsini gözləyiblər və onu yaxalayaraq qisas almaq istəyiblər. Bu zaman Q.Əliyev maşınında olan tapança ilə atəş açıb. Güllə Sərvərin boyun nahiyəsinə tuş gəlib. O, ağır vəziyyətdə xəstəxanaya çatıdırılıb.

Polis tərəfindən saxlanılan Q.Əliyev barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb. Cinayət işi daha sonar məcəllənin 120.1-ci maddəsinə tövsif edilib.

Qeyd edək ki, insident zamanı Q.Əliyevlə A.Hüseynov da xəsarətlər alıb. Araşdırmalar davam etdirilir./azxeber.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar