Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hüseynqulu Bağırov jurnalisti həbs etdirmək istəyir

Tarix: 13-12-2018 22:28     Baxış: 2276 A- / A+
Hüseynqulu Bağırov jurnalisti həbs etdirmək istəyir

Keçmiş ekologiya və təbii sərvətlər naziri, Qərbi Kaspi universitetinin rəhbəri Hüseynqulu Bağırov Anaxeber.info saytının baş redaktoru Azər Talıbovu xüsusi ittiham qaydasında məhkəməyə verib.

Manevr.az
bakupost-a istinadən xəbər verir ki, bu barədə jurnalistə Bərdə Rayon Məhkəməsindən bildiriş gəlib və sabiq nazir saytın rəhbərini həbs etdirmək istəyir.

H.Bağırov "Mircəfər Bağırov yolu: Hüseynqulu Bağırovun mediaya repressiyasından prezidentə – "MÜRACİƏT" başlıqlı müraciət xarakterli tənqidi məqaləyə görə A.Talıbova qarşı xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb.

Sabiq nazirin rəhbəri olduğu universitet uzun müddətdir ki, jurnalistlə məhkəmə çəkişməsindədir. Bir müddət əvvəl Qərbi Kaspi universitetinin keçmiş müəllimləri uzun illər əmək haqqını və məzuniyyət pullarını ala bilmədikləri ilə bağlı iddialarının Səbail Məhkəməsi tərəfindən təmin olunmadığını bildirmişdilər.

Müəllimlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ediblər. ƏƏSM müəllimlərin şikayəti əsasında Qərbi Kaspi universitetini cərimələmiş və şikayətçilərə məhkəməyə verib ədaləti bərpa etmək hüquqlarının olması barədə məktub ünvanlamışdı.

Müəllimlərin bildirdiyinə görə, universitetin faktiki sahibi Hüseynqulu Bağırov ƏƏSM-in keçmiş rəisi Səlim Müslümovla danışdıqdan sonra qanunsuz olaraq onun ləğv olunmasına nail olub.

Bunun əsasında Səbail Məhkəməsinə müraciət edən müəllimlərin işinə hakim Mədinə Bağırova baxıb. Universitet rəhbərliyi isə bu məlumatları yayan saytı məhkəməyə verib.

Müəllimlərin məhkəmə işi ilə bağlı rektorluğun, onun mətbuat xidmətinin rəsmi açıqlaması da saytda dərc edilib.

Amma Qərbi Kaspi universitetinin rəhbərliyi onların mövqeyini saytda verildiyi halda, məhkəməyə üz tutub, jurnalistə təzyiq yolunu seçib. Bunun ardınca A.Talıbov prezidentə müraciət edib və yuxarıdakı başlıqlı məqalə yayımlanıb.

H.Bağırov isə indi də xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək baş redaktoru həbs etdirmək eşqinə düşüb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar