Xəbər lenti
Kişi öz arvadını sığorta etdirdi, sonra kompensasiya almaq üçün... – Sensasion təfərrüat
Həyat yoldaşını bir neçə milyon dollara sığortalayan kişi, sığorta şirkətindən 5 milyon dollar sığorta kompensasiya almaq üçün xanımını hovuzda boğub.
Manevr.az xəbər verir ki, hadisə Çində baş verib.
“South China Morning Post” mətbu orqanının yazdığına görə, kişi öz həyat yoldaşını Taillandda istirahət zamanı hovuzda boğub. Bu planı həyata keçrimək üçün Çinin Tyançzin şəhərinin sakini Cjan İfan bir neçə ay hazırlıq işləri görüb. Bu məqsədlə Cjan İfan sığorta polisi çağıraraq həyat yoldaşının adına saxta yollarla müqavilə imzalayıb.
Bundan sonra Çjan həyat yoldaşı və qızı ilə Tailandın kurort adası Pxuketə səyahətə yollanır. Bir neçə gündən sonra Çjan həyat yoldaşının qohumlarına zəng edərək onun hovuzda boğulduğunu bildirib. Qızın atası isə qızının boğulmasından şübhələnir. Bundan sonra qızın valideynləri Çjanı məhkəməyə verərək onu dələduzluqda ittiham ediblər.
Ölənin valideynləri Çjanın Tailanddan Çinə ekstradiyasiyasını tələb ediblər. Qızın valideynləri ümid edirlər ki, o Çində məhkum edilərsə, məhkəmə onun barəsində edam cəzası çıxaracaq. Çjan həyat yoldaşını öldürməklə sığorta şirkətlərindən 30 milyon Çin yuanı (təqribən 5 milyon dollar) almaq niyyətində imiş.
İstintaqda ifadəsi zamanı Çjan öz günahını etiraf edib. Deyib ki, əvvəlcə xanımını döyüb, sonra isə başını suyun altında saxlayaraq boğub. Çjan bu hərəkətini onunla yaşamaq istəmədiyi üçün etdiyini qeyd edib.
İyunda isə buna oxşar bir hadisə ABŞ-da baş verib. Belə ki, 19 yaşlı oğlan zərgər atasını öldürüb sığorta şirkətindən 8 milyon dollar almaq üçün muzdlu qatil tutaraq öldürtdürüb./avropa.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar