Sizin Reklam Burada
Xəbər lenti
18-08-2025
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

Direktorun binadan atdığı arvadı hansı nazirin qohumudur?

Tarix: 12-12-2018 07:46     Baxış: 3330 A- / A+
Direktorun binadan atdığı arvadı hansı nazirin qohumudur?

"Buta Palas”ın art-direktoru Ramiz Taxvelinin yaşadığı binanın 5-ci mərtəbəsindən həyat yoldaşını atması barədə daha bir məlumat əldə edilib.


Manevr.az
-ın axar.az-a istinadən məlumatına görə, ötən gecə əri tərəfindən binadan atılaraq qətlə yetirilən 1988-ci il təvəllüdlü Adelya Azər qızı Taxveli Gənclər və İdman naziri Azad Rəhimovun yaxın qohumudur. Onun Azad Rəhimovun bacısının nəvəsi olduğu qeyd edilir.

Xatıladaq ki, cinayət hadisəsi Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə, Rəşid Behbudov küçəsi, ev 65, mənzil 51-də baş verib. R.Taxveli gecə saat 3-də həyat yoldaşı ilə birlikdə münasibətlərinə aydınlıq gətirmək üçün eyvana çıxıb. Bu zaman uşaqları evdə yatırmış. Mübahisə zəminində o, arvadını eyvandan yerə atıb.

Ailənin birgə nikahdan iki uşaqları var. Cütlüyün bir-birini çox sevdiyi bildirilsə də, son vaxtla tez-tez mübahisə etdikləri qeyd edilir.

O, hüquq-mühafizə orqanlarından gizlənməyə cəhd göstərməyib. Polisin hadisə yerinə gəlməsini gözləyib. İlkin dindirilmə zamanı o, qətli törətdiyini etiraf edib.

O da məlum olub ki, Taxveli qətli törədən zaman narkotik vasitələrin təsiri altında olub. Özü də etiraf edib ki, marixuana qəbul edib və ekspertiza bu faktı təsdiqləyib.

Fakta görə Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) cinayət işi başlanıb, Taxveli Ramiz Pərviz oğlu saxlanılıb.

Adelya Azər qızı Taxveli isə “Atəşgah Sığorta” şirkətində çalışıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar