Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Eks-nazir qardaşından şok addım - Keşmiş xidmət rəsini girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

Tarix: 06-12-2018 13:58     Baxış: 5160 A- / A+
Eks-nazir qardaşından şok addım - Keşmiş xidmət rəsini girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun məhkəməsi başlayıb.


Manevr.az xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş Rəşad Tahirov mülki iddia verərək Ə. Əhmədovun ona dəyən ziyanı ödəməsini tələb edib.

Ə. Əhmədovun vəkillərinin cinayət işinə xitam verilməsi və onun ev dustaqlığına buraxılması barədə vəsatətləri təmin edilməyib.

Proses dekabrın 19-da davam etdiriləcək.

İttihama görə, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir. Ə.Əhmədov Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyində vəzifə tutub.

O, 2016-cı ilin iyun ayında polkovnik Hörmət Əskərova sələmə 100 min dollar pul verib. Hörmət isə pulu və faizini qaytara bilməyib. Buna görə iyulun 2-də H. Əskərovu "Parkplyus" əyləncə mərkəzində yerləşən ofisinə çağırıb qapını bağlayaraq girov saxlayıb və pulu verməyəcəyi təqdirdə buraxmayacağını deyib. Həmin zaman ona bir neçə dəfə zərbə də vurub. Daha sonra Rəşad Tahirovun qohumu Hörmətə kömək edəcəyini vəd etdiyini öyrənib. Bunu bəhanə edərək Rəşad Tahirova mesaj yazaraq onu və ailə üzvlərini məhv edəcəyi ilə hədələyib. Ə.Əhmədov avqust-sentyabr aylarında Rəşad Tahirovdan 140 min dollar alıb.

H. Əskərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

H. Əskərov da dələduzluğa görə həbs edilib və hazırda məhkəmə prosesində konvoyun nəzarəti ilə iştirak edir. Onun bu işdəki digər zərərçəkmiş Rəşad Tahirova pul "atıb". H. Əskərovun cinayət işi üzrə istintaq hazırda davam etdirilir.

H. Əskərov Rəşad Tahirovun arvadının qohumudur.

O, Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 145-ci (adam oğurluğu) maddələri ilə ittiham olunur. qafqazinfo


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar