Xəbər lenti
Bakıda universitetdə qan töküldü
Azərbaycan Pedaqoji Universitetinin tələbəsi 1996-ci il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu bıçaqlanıb.
Manevr.az-ın məlumatına görə, hadisə ötən gün, dekabrın 3-də baş verib.
Yaralı təcili olaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, xəstəyə ilkin yardım göstərildikdən sonra onu Kliniki Tibbi Mərkəzə köçürüblər.
Kliniki Tibbi Mərkəzdən isə deyiblər ki, 1996-cı il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlunun vəziyyəti orta ağır olaraq qalır:
“Xəstə dünən belin və sol döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə daxil olub. Zəruri tibbi müdaxilələr olunub. Hazırda xəstəxanada müalicəsini davam etdirir. Vəziyyəti orta ağır olaraq qalır”.
Azərbaycan Pedaqoji Universitetinin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimovun Oxu.Az-a verdiyi məlumata görə, hadisə dünən universitet daxilində yaşanan insident zamanı qeydə alınıb:
“Universitetin Fizika və Texnologiya fakültəsinin tələbəsi İbrahimov Rəşad Akif oğlu ilə Filologiya fakültəsinin tələbəsi, 1996-cı il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu arasında mübahisə yaşanıb.
Mübahisə zəminində Rəşad Yusifə bıçaqla xəsarət yetirib. Hazırda məsələ polis tərəfindən araşdırılır. Araşdırmanın nəticələrindən asılı olaraq, hər iki tələbə haqqında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi tərəfindən qanunvericiliyin normalarına uyğun olaraq ölçü götürüləcək”.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır./ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar