Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Arvadım Xəyyamla cinsi əlaqədə olmuşdu"

Tarix: 30-11-2018 16:12     Baxış: 3198 A- / A+
"Arvadım Xəyyamla cinsi əlaqədə olmuşdu"


Bakıda qayınanası və arvadını qətlə yetirməkdə təqsirləndirilən Ramin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.İttihama görə, Xətai rayonunda Ramin İsmayılov bir müddət əvvəl ayrıldığı həyat yoldaşı Günay İsgəndərova və onun anası Ətir Şirinovanı qətlə yetirib.

Hadisədən sonra qaçan Ramin İsgəndərov Ağdama - öz ata-anasının yanına gedib, polisə də orada təslim olub.

Günay İsgəndərova orta məktəbdə müəllim işləyib. Gənc ailənin bu evlilikdən 8 yaşlı bir oğlu da var.

Günel İsgəndərova və ailəsi Laçın rayonundan, hadisəni törədən Ramin İsmayılov isə Ağdam rayonundan məcburi köçkün düşüb.

Məhkəmədə ifadə verən Ramin İsmayılov özünü elan olunmuş ittihamla təqsirli bilib. O deyib ki, 2006-cı ildə rəsmən boşanıb: "Mən oğlumla Ağdama getmişdim, atamın səhhətində problem var idi. Sonra Bakıya qayıtdım, qaldığımız evə getdim. Arvadım anasının yanında Xəyyamla öpüşürdü. Mən tez oğlumu evdən çıxarıb başqa yerə aparıb qoydum, sonra evə qayıtdım. Dedim bu nə hərəkətdir, edirsən. Dedi, Xəyyam mənim sevgilimdi. Anası da dedi, qızımın şəxsi həyatıdır, özü bilər. Öyrəndim ki, artıq onların dini kəbini də var".

Ramin İsmayılov qeyd edib ki, həyat yoldaşının başqa adamla münasibətdə olduğunu öyrənib: "Günayla Xəyyamın cinsi əlaqədə olduğunu bildim. Həmin an özümdən çıxdım, sobanın içindən bıçağı götürdüm. Günay telefona tərəf qaçanda bıçaq qarnına batdı, anası da araya girəndə bıçaq boğazını kəsdi. Sonra nə etdiyimi xatırlamıram.

Bir də özümə gəldim ki, "Avtovağzal"dan rayona gedirəm. Ağdama gedib atamgillə sağollaşdım, çay içdim. Sonra polislər gəldi, onlarla getdim. Oğluma görə peşmanam, gərək etməzdim. Amma mənim namusuma toxunmuşdu".

Növbəti proses dekabrın 6-da davam edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar