Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Killerin qaçdığı təyyarə havadan geri qaytarıldı

Tarix: 07-11-2016 14:06     Baxış: 4394 A- / A+
Killerin qaçdığı təyyarə havadan geri qaytarıldı


Moskvada sifarişli qətl törədən killer Moskva-Bakı reysi ilə uçan təyyarədə Azərbaycana qaçmaq istəyib.

Virtualaz.org xəbər verir ki, Moskva şəhəri üzrə baş polis idarəsinin əməliyyatçıları killerin təyyarədə olduğunu dəqiqləşdirdikdən sonra reys Domodedovo aeroportuna geri qaytarılıb.

“Saxlanılan şəxs Dağıstan sakinidir. Moskvanın cənub-qərbində, “Belyayevo” ticarət mərkəzinin avtoparkında qətl törədib. Biznesmeni güllələdikdən dərhal sonra Moskvadan Azərbaycana bilet alıb və artıq təyyarəyə oturmağa imkan tapıb. Əməliyyatçılar killeri yaxalamaq üçün təyyarəni aeroporta geri qaytarmalı olublar”-hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Əməliyyatçılar təyyarənin geri qaytarılmasını onunla izah ediblər ki, killeri Azərbaycan ərazisində həbs etmək mümkün olmaya bilərdi.

Qətl hadisəsi noyabrın 6-da axşam Mikluxo-Maklay küçəsində baş verib. Naməlum şəxs 33 yaşlı biznesmeni güllələyib. Onun kimliyi açıqlanmır. Biznesmenin cəsədi ona məxsus “Ford Mondeo” avtomobilinin yanında aşkar edilib. Qatili yaxalamaq üçün Moskva polisi əməliyyat başladıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar