Sizin Reklam Burada
Xəbər lenti
18-09-2025
17-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sevgilisini ölümcül döydü, sonra polisə zəng vurdu - GORANBOYDA

Tarix: 07-11-2016 12:20     Baxış: 5449 A- / A+
Sevgilisini ölümcül döydü, sonra polisə zəng vurdu


Goranboy rayonunda Kəlbəcər rayonundan olan məcburi köçkün Məzahir Fərzəliyev qeyri-rəsmi nikahda olduğu qadını öldürməyə cəhd edib. Bu barədə Trend-ə Goranboy rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə noyabrın 7-də gecə saat 3 radələrində baş verib. Goranboy rayonunun Veyisli kəndində məskunlaşan, Kəlbəcər rayonundan olan məcburi köçkün, 1969-cu il təvəllüdlü Fərzəliyev Məzahir Allahyar oğlu qeyri-rəsmi nikahda olduğu 1974-cü il təvəllüdlü Əhmədova Almaz Qəşəm qızını xüsusi amansızlıqla döyüb. Qadın zərbələrin təsirindən huşunu itirib. A.Əhmədovanın öldüyünü zənn edən M.Fərzəliyev Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq onu öldürdüyünü deyib. Hadisə yerinə gələn əməliyyatçılar qadının ölmədiyini görüb onu xəstəxanaya çatdırıblar. Qadın ağır vəziyyətdə xəstəxanaın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Hadisəni törədən şəxs isə saxlanılıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar