Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

14 daş karxanasının fəaliyyəti dayandırıldı

Tarix: 28-11-2018 13:49     Baxış: 2195 A- / A+
14 daş karxanasının fəaliyyəti dayandırıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daş karxanalarında monitorinqlər aparılıb.

Manevr.az xəbər verir ki, komitədən "ölkə.az"a verilən məlumata görə, monitorinq zamanı məlum olub ki, müvafiq qurumlar tərəfindən ayrı-ayrı vaxtlarda karxana fəaliyyəti üçün qeyri-qanuni olaraq torpaq sahələri ayrılıb. Karxanalar tərəfindən həmin torpaq sahələrinin məqsədli təyinatı özbaşına dəyişdirilərək mişar daşı istehsal olunur. Baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər hüquq mühafizə orqanlarına göndərilib.

Bundan başqa, Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaradılmış 14 karxananın fəaliyyətində də pozuntu halları aşkar olunub, xəbərdarlıq edilərək işlər dayandırılıb.
Belə karxanaların fəaliyyəti nəticəsində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin üst münbit qatı korlanır, kənd təsərrüfatına yararlı torpaq sahələri əkin dövriyyəsindən çıxarılır, onların əvvəlki təyinatı üzrə istifadəsi qeyri-mümkün olur. Belə torpaqların rekultivasiya (bərpa) edilərək əvvəlki vəziyyətinə gətirilməsi böyük vəsaitlər tələb etdiyindən dövlətə və vətəndaşlara, həmçinin kənd təsərrüfatının inkişafına ciddi ziyan dəyir.

Qeyd edilməlidir ki, cari ildə respublikada mövcud olan 588 daş, qum-çınqıl karxanasından 256-sı tərəfindən torpaq qanunvericiliyinin tələbləri pozulduğuna görə fəaliyyəti dayandırılıb. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati protokollar 155 karxana barədə yazılaraq cərimə tətbiq olunub. 55 karxanada zəbtolunma halı üzrə sənədlər Daxili İşlər Nazirliyinə göndərilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar