Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Cin çıxartma" ,yoxsa "İŞİD-in pulları"?! Muradın qətlində ana və "vəhabi" ögey atanın dəhşətli izləri

Tarix: 27-11-2018 14:40     Baxış: 3272 A- / A+
"Cin çıxartma" ,yoxsa "İŞİD-in pulları"?! Muradın qətlində ana və "vəhabi" ögey atanın dəhşətli izləri


Bir neçə gün öncə Şabran şəhərində 25 yaşlı Murad Soltanov adlı gənc 6 nəfər tərəfindən xüsusi amansızlıqla döyülərək öldürülüb.

M. Sultanovun ölümünə səbəb kimi "cin çıxartmaq" əməliyyatı göstərilir. Noyabr ayının 10-da gecə saatlarında Şabran şəhərindəki kirayədə yaşadığı evdə Bakı şəhər sakini olan Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin Şabran şəhər sakinləri Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib. Törətdikləri cinayət əməllərini etiraf edən həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra kirayə mənzildə dünyasını dəyişdiyi məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

HafizTimes.com olaraq Murad Sultanovun Şabranda xüsusi amansızlıqla qətlə yetirilməsinin əsl səbəblərini araşdırdıq. Araşdırma zamanı dəhşətli faktlar üzə çıxıb.
Murad Sultanovun yaxın qohumları cinayətin əsl səbəblərini belə izah etdilər:

-Muradın heç bir xəstəliyi yox idi. "Cin çıxarmaq" məsələsi uydurmadır.Onun əsl qatillləri anası və ögey atasıdır. Onlar Muradı aradan götürmək istəyirdilər. Muradın anası heç də yaxşı qadın deyil. O heç vaxt Murada qayğı göstərməyib, həmişə öz həyatını yaşayıb. "Eşqbazlıq" edib.

Muradın iki yaşı olmamış valideynləri ayrılıb. Anası Muradı atasının himayəsinə verməyib. Amma heç vaxt özü də Muradı qəbul etməyib, qayğısına qalmayıb. Murad nənəsinin himayəsində böyüyüb. O, nənəsi ilə birlikdə yaşayırdı. Bir neçə ay öncə Muradın nənəsi vəfat etdi. Murad bir az qorxu keçirdi. Nənəsi onun yanında vəfat etmişdi. Onun heç vaxt dərin prixoloji problemləri olmayıb. Nənəsinin vəfatından sonra Muradın onun evində qalmasını istəmirdilər. Bəlkə də məhz bu səbəbdən Muradı öldürdülər.

Muradın anasının ikinci "eşqi" həyat yoldaşı "vəhabi" təriqətinin üzvü idi. Ana və "vəhabi" ögey ata Muradı qəbul etmirdilər, ona işgəncə verirdilər. Muradı aradan götürmək üçün "vəhabi" ögey ata onu Şabrana aparıb. Şabrandakı həmin təriqətin üzvləri olan dostlarına təhvil verib, onlar da Muradı ölənə qədər döyüblər. Cin çıxarmaq kimi fikirlər tamamilə yalandır. Bunların hamısının səbəbkarı Muradın anası və "vəhabi" ögey atasıdır.

Bəs Murad Sultanovun doğma atası oğlu ilə əlaqə saxlamırdı?

-Anası ayrılan zaman Muradı doğma atasına verməmişdi. Amma Murad həmişə öz doğma atasına bağlı olub. O, Rusiyada yaşayır. Murad tez-tez öz atası ilə telefonla əlaqə saxlayırdı. Son vaxtlar Murad atasına zəng edib deyib ki, "ata gəl məni xilas et, mənə işgəncə verirlər". O, telefonda atasına hər şeyi etiraf edib. Anası və ögey atasının onu istəmədiklərini, işgəncə verdiklərini və vəziyyətinin ağır olduğunu deyib. Atasına yalvarıb ki, gəlib onu xilas etsin. Atası da Azərbaycana gəlib. Amma artıq gec idi. O, gələndə oğlu artıq vəhşicəsinə döyülərək qətlə yetirilmişdi. Ata öz doğma balasının cansız bədənini qucaqladı. O, Muradı xilas etmək üçün gecikmişdi.

-Muradının qatilləri anası və ögey atasıdır. Onların hər ikisini polis idarəsinə aparmışdılar. Anası heç də yaxşı qadın deyil. O, yeganə övladı olan Muradın varlığını qəbul edə bilmirdi.Onları hər ikisi də eyni dini təriqətin üzvləridir. Bəlkə də Muradı da öz yollarına çəkmək istəyiblər, amma o qəbul etməyib. Zorla onu "vəhabi" etmək istəyiblər. Nənəsi öldükdən sonra Murada təziqlər ediblər. Guya o, dəli olub, bədəninə cin girib və s.

-Murad çox yaxşı oğlan idi. O, nənəsinə çox bağlı idi. İkisi birlikdə yaşayırdılar. Nənəsi onu çox tərbiyəli böyütmüşdü. Murad doğma ana və atasından görmədiyi qayğı, diqqəti nənəsindən görmüşdü. Nənəsinin ölümünü qəbul etmirdi. Bu o demək deyil ki, Murad dəli olmuşdu. Murad ağlı başında bir oğlan idi. Heç vaxt onun yersiz hərəkətlərini görməmişdik. Bu yaxınlarda onu toyda gördük. Çox gözəl geyinib gəlmişdi. Yaraşıqlı oğlan idi. Hamı ona baxırdı. Onunla söhbət etdik. Evlənmək, ailə həyatı qurmaq istəyirdi. Onun gözələrinin içi gülürdü. Sevdiyi bir xanım da vardı. Çox təəssüf ki, Murada xoşbəxt yaşamağa öz anası və vəhabi ögey atası icazə vermədi. Onun həyatını məhv etdilər.

-Muradı öldürən 6 nəfər isə guya "cin çıxaran"dılar. Onların hamsı Muradın ögey atasının dostlarıdır. Onlar hamısı eyni yola xidmət edilər. Muradın öldürüldüyü rayonda onların sayı çoxdur. Bəlkə də Muradı öz təriqətlərinə qoşub, onu Suriyaya göndərmək istəyiblər. İŞİD-ə qoşaraq onun həyatı üzərindən pullar qazanmağa çalışıblar. Muradı döyüb, təziqlər ediblər, zorakılıq göstərərək onu öz yollarına çəkmək istəyiblər.

-Anasından fərqli olaraq Muradın nənəsi çox gözəl, əxlaqlı qadın idi. Onun vəfatından sonra Muradın başına belə oyunlar açıldı. Murad ortalıqda qalmışdı…/"Oxu.24"




Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar