Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

“O, insanları parçalamağı sevir, zövqlə…” – Çavuşoğlu dinlədiyi səs yazısındakı DƏHŞƏTLƏRİ DANIŞDI

Tarix: 27-11-2018 11:07     Baxış: 3212 A- / A+
“O, insanları parçalamağı sevir, zövqlə…” – Çavuşoğlu dinlədiyi səs yazısındakı DƏHŞƏTLƏRİ DANIŞDI


Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə verdiyi müsahibə verən Türkiyənin xarici işlər naziri Camal Qaşıqçı cinayəti ilə bağlı dəhşətli ifadələr işlədib.

Manevr.az xəbər verir ki, səudiyyəli jurnalistin öldürülmə anına aid səs qeydlərini dinlədiyini deyən nazir Qaşıqçının 7 dəqiqə ərzində öldürüldüyünü bildirib.

“Gizli xidmətlər mənbələrini açıqlamırlar. Amma mən onları dinlədim. Qaşıqçı 7 dəqiqə ərzində öldürülür. Bu qəsdən adam öldürmədir. Geri dönməyə razı sala bilmədikləri üçün öldürməyə qərar veriblər. Məhkəmə ekspertinin necə təlimat verdiyini eşidirik. Bədəni parçalayarkən musiqi dinləməli idilər. Bunu zövqlə etdiyi məlum olur. O, insanları parçalamağı sevir. Bu, iyrənclikdir”, - Çavuşoğlu deyib.

Çavuşoğlu Qaşıqçı cinayətində bir çoxlarının Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı günahkar hesab etməsinə baxmayaraq, ABŞ prezidenti Donald Trampın “Məhəmməd bin Salmanı jurnalist Camal Qaşıqçı cinayətində ittiham etmək üçün kifayət qədər dəlil yoxdur” deməsini şərh edib:

“Trampın niyə belə dediyini bilmirəm. Amerikalıların bizim bilmədiyimiz başqa sübutlara sahib olub-olmadığını da bilmirəm. Amma “bəlkələr” bizim üçün kifayət deyil, əmin olmalıyıq. Bir çox sual var. Türkiyədə cinayətkarlara kimlər kömək etdi, cəsəd haradadır? Səudiyyə hakimiyyəti bizdən məlumatları istəyirlər, amma bizə məlumat vermirlər. Yerli işbirlikçilərin robot şəkillərini göndərmək istədilər. Niyə robot şəkil? Səudiyyəlilər adlarını artıq bilirlər”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar