Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

İsmayılov Orduxanlını altıncı dəfə məhkəməyə verdi

Tarix: 26-11-2018 23:50     Baxış: 3254 A- / A+
İsmayılov Orduxanlını altıncı dəfə məhkəməyə verdi

Aslan-Allahverdi İsmayılov 2 il ərzində altıncı dəfədir ki, məni xüsusi ittiham qaydasında məhkəməyə verir.


Manevr.az
bildirir ki, bu sözləri axar.az-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, 2016-ci ildə bu adam başqasına yarınmaq üçün öz səhifəsində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev haqqında səviyyəsiz, öz əxlaqına uyğun sözlər yazıb:

“Mən isə sədrim Qüdrət Həsənquliyevi sosial şəbəkədə müdafiə etmişəm! Və mənim cavabımdan sonra o, 5 dəfə Səbayıl rayon Məhkəməsinə müraciət etdi. Dəfələrlə məhkəmə prosesi keçirildi”.

Niyaməddin Orduxanlının sözlərinə görə, bu gün Aslan İsmayılov Avropada oturub Azərbaycan dövləti əleyhinə kampaniya aparan Obyektiv TV-də, Meydan TV-də insanları təhqir etməklə məşğul olur:

“Həmin verlişlərdə mənə və Qüdrət bəyin ünvanına ağzına gələnləri deyib. Bütün bunları faktlarla, sübutlarla məhkəmələrə təqdim etmişəm. Bu səfər də Abşeron rayon Məhkəməsinə təqdim etdiyi 3 statusumun ikisi birbaşa Qüdrət Həsənquliyevlə bağlı idi. Statusumda açıq yazmışam ki, Aslan-Allahverdi adlanan bu şəxsin təhqirlərinə cavab verirəm. O, bu kanallarda deyib ki, guya məni yalnız bir dəfə məhkəməyə verib. Və bundan sonra da hakimdən üzr istəyib, gedib. Mən öz profilimdə iki il ərzində məhkəmənin verdiyi 5 qətnaməni yayıb, onun necə yalançı olduğunu sübut etdim.

Söyüş söyən Aslan-Allahverdinin özüdür. Söyüşə görə məsuliyyət nəzərdə tutulursa, birinci növbədə ona cəza verilməlidir!”

N.Orduxanlı deyib ki, Abşeron Məhkəməsi iki ay ərzində gedən işi yekunlaşdırıb və Aslan-Allahverdinin xüsusi ittiham qaydasında iddiası 6-cı dəfə rədd edilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar