Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

İşlədiyi evdən oğurluq edən usta "iş başında" yaxalandı - VİDEO

Tarix: 26-11-2018 22:40     Baxış: 4227 A- / A+
İşlədiyi evdən oğurluq edən usta "iş başında" yaxalandı - VİDEO



Sumqayıtda 20-yə yaxın avtomobildən oğurluq edən şəxslər saxlanılıb.

Manevr.az-ın məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində avtomobillərdən çoxsaylı oğurluqlar edən şəxslərə qarşı kompleks əməliyyat tədbiri həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri Ceyhun Ələkbərov və Şükran Xələfov saxlanılıblar. Onların Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda 14 avtomobildən maqintafon, səsgücləndirici, akkumulyator və maşınların salonlarında olan digər qiymətli əşyaları oğurladıqları məlum olub.

İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat nəticəsində avtomobillərdən oğurluq edən iki nəfər - Sumqayət şəhər sakinləri Rauf Əliyev və Cavid Səyadzadə saxlanılıblar.
Bu iki şəxsin şəhər ərazisində 5 nəqliyyat vasitəsindən oğurluq etdyi məlum olub. Onlar ifadələrində, əsasən qapıları açıq vəziyyətdə saxlanılan avtomobillərdən oğurluq etdiklərini bildiriblər.

Kürdəmirdə isə usta işlədiyi evdən oğurluq edib.

Rayon sakini Elçin Səlimov polisə müraciət edərək ona məxsus evin mətbəxindən və yataq otağından 3.000 manat dəyərində məişət avadanlıqlarının oğurlandığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon sakini, həmin evdə usta işləmiş Qabil Süleymanov oğurladığı məişət əşyalarını satamaq istəyərkən elə "iş başında" yaxalanıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar