Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda gənc şairin intiharının dəhşətli SƏBƏBLƏRİ ÜZƏ ÇIXDI - ŞOK FAKTLAR

Tarix: 26-11-2018 15:30     Baxış: 3245 A- / A+
Azərbaycanda gənc şairin intiharının dəhşətli SƏBƏBLƏRİ ÜZƏ ÇIXDI - ŞOK FAKTLAR

Noyabrın 23-də gənc şair Şaiq Sadıqzadənin intihar etməsi ilə bağlı cinayət işi açılıb.


Manevr.az
-ın publika.az-a istinadən əldə etdiyi məlumata görə, 27 yaşlı Şaiq Sadıqzadənin özünü ağacdan asaraq intihar etməsi ilə bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, rayon məktəblərindən birində coğrafiya müəllimi işləyən Ş.Sadıqzadə barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkət qaydalarının pozulmasının ölümə səbəb olması) ilə iş olub və Goranboy rayon Polid İdarəsində icraatda imiş. Belə ki, oktyabrın 11-də saat 8 radələrində rayonun Aşağı Ağcakənd kəndi ərazisində Kamran Quliyevin idarə etdiyi “Niva” və Börü kənd sakini Şaiq Sadıqzadənin idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə K.Quliyevin sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, hadisə vaxtı gənc şair və müəllim Şaiq Sadıqzadə nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edib. İstintaq müddəti üçün sərbəst buraxılan Ş.Sadıqzadənin daha sonra həbs ehtimalı olub. Bu səbəbdən, eləcə də qəzada insan itkisinin olması Şaiqdə dərin psixoloji sarsıntılar yaradıb və o, həyatına son qoyub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ş.Sadıqzadə Lənkəran Dövlət Universitetinin məzunu olub və coğrafiya müəllimi işləyirmiş. O, tələbə olarkən ixtira etdiyi cihazla gündəmə gəlmişdi.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar