Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda məktəbdə həmkarını döyməkdə təqsirləndirilən müəlliməyə bəraət verilib

Tarix: 24-11-2018 17:58     Baxış: 2205 A- / A+
Sumqayıtda məktəbdə həmkarını döyməkdə təqsirləndirilən müəlliməyə bəraət verilib

Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Bəsti Allahverdiyevanın barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Manevr.az-ın report-a istinadən xəbərinə görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib. Məhkəmə B.Allahverdiyevanın barəsində bəraət hökmü çıxarıb.

İttiham aktına əsasən, hadisə Sumqayıtda, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Firuzəddin Cəfərov adına Aşağı Cicimli kənd tam orta məktəbində baş verib. Həmin məktəbdə müəllim vəzifəsində çalışmış məcburi köçkün B.Allahverdiyeva həmkarı Aynur Şükürovanı döyüb.

Hüquq-mühafizə orqanları tərəfindən B.Allahverdiyevanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ona 500 manat məbləğində cərimə kəsilib. Hökmdən narazı qalan B.Allahverdiyeva apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi.

B.Allahverdiyeva daha əvvəl mətbuata açıqlamasında günahsız olduğunu, bu işin məktəb direktoru tərəfindən edildiyini söyləyib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar