Xəbər lenti
Azərbaycanda polis seksual manyakı axtarır — DİN-dən göstəriş
Polis Bakıda avtobusda peyda olan seksual manyakın axtarışlarına başlayıb.
Manevr.az xəbər verir ki, unikal.org-da xəbər yayımlandıqdan sonra Daxili İşlər Nazirliyindən ərazi üzrə Nizami RPİ-nə müvafiq tədbirlərin görülməsi üçün göstəriş verilib. Bundan sonra xoşagəlməz hadisə ilə qarşılaşan xanım Nizami Rayon 24-cü polis bölməsinə dəvət olunub. Bölmədən bildirilib ki, xanımın izahatı alındıqdan sonra ictimai nəqliyyatda seksual xarakterli xoşagəlməz hərəkətlər edən şəxsin axtarışlarına başlanılacaq.
Qeyd edək ki, sayta müraciət edən Xatirə xanım (adı şərtidir) 21 noyabrda Bakıda avtobusda başına gələnləri danışıb. O, iddia edib ki, paytaxtın Neftçilər metrosu stansiyası yaxınlığından Bakıxanov qəsəbəsinə getmək üçün 76 saylı marşurut xətti ilə hərəkət edən avtobusa minib. Bir qədər sonra 45-50 yaşlarına bir əks cinsin nümayəndəsi əyləşib. Hadisə isə bundan sonra baş verib. Belə ki, həmin şəxs qadının yanında şalvarının qabağını açaraq cinsi orqanını çıxarıb və nəlayiq hərəkətlər etməyə başlayıb. Bunu görən xanım hadisəni çəkdikdən sonra yerini dəyişib. Daha sonra isə həmin seksual manyak başqa iki qadının yanında da eyni murdar əməlini davam etdirib”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar