Xəbər lenti
BDU-nun tələbəsi dərs adı ilə evdən çıxdı və... - Açıqlama
Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin 3-cü kurs tələbəsi Ayza Məmmədovanın itkin düşməsi ilə bağlı məlumatlar yayılıb.
Manevr.az xəbər verir ki, bu barədə axar.az-a danışan BDU-nun mətbuat katibi Pərvanə İbrahimova faktı təsdiqləyib.
“Ayza Şahin qızı Məmmədova Rusiya vətəndaşıdır. Aldığımız məlumata görə, tələbə iki gündür dərslərdə iştirak etmir”, - P.İbrahimova deyib.
Qeyd edək ki, open.az-ın məlumatına görə, Bakı şəhər sakini, 1985-cü il təvəllüdlü Gülmira Əbilova Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət edərək, onunla eyni ünvanda müvəqqəti yaşayan, dayısı qızı, 1998-ci il təvəllüdlü Ayza Şahin qızı Məmmədovanın itkin düşdüyünü, noyabrın 22-də saat 08:00 radələrində BDU-ya getmək adı ilə evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar