Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Lənkəranda yanmış qadın meyiti aşkar edilib - FOTO

Tarix: 06-11-2016 14:39     Baxış: 2382 A- / A+
Lənkəranda yanmış qadın meyiti aşkar edilib

Lənkəranda 51 yaşlı qadının yanmış meyiti aşkar edilib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Şəttərxan küçəsi, hərbi şəhərcik deyilən ünvanda, Davud Rəhimova məxsus yaşayış evində qeydə alınıb.
Meyitin mərhum atasının evində tək yaşayan Lalə Rəhimovaya məxsus olduğu müəyyən edilib.
Qonşuların bildirdiyinə görə, qadın ali təhsilli olub. Ailə həyatı qurmayıb. Bir neçə il əvvəl valideynlərini itirdikdən sonra evdə tək yaşayıb. Özünə qapanaraq getdikcə psixi problemləri yaranıb. Lakin, sakit həyat tərzi sürüb. Qonşular arada ona baş çəkiblər.

Qeyd olunur ki, evdə iki gün işıq yansa da, qadın qonşuların çağırışlarına cavab verməyib və onlar da hasardan həyətə atlamaq məcburiyyətində qalıblar. Onlar meyiti evin həyətində yanmış vəziyyətdə aşkar ediblər və bu barədə polisin növbətçi hissəsinə məlumat veriblər.

Hadisə yerinin müayinəsi zamanı mərhumun ətrafında yanacaq mayesinin qalıqları olan iki butulka aşkar edilərək götürülüb.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar