Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı biznesmenin qətlinin - Təfərrüatları

Tarix: 22-11-2018 23:04     Baxış: 2209 A- / A+
Azərbaycanlı biznesmenin qətlinin - Təfərrüatları

Noyabrın 21-də öldürülən iş adamı Toğrul Tağıyev tez-tez təhdidlərlə üzləşirmiş. İş adamı avtoyuma məntəqəsi açdıqdan sonra naməlum şəxslər ona zəng etməyə başlayıb. Bundan başqa, yeddi ay əvvəl ona qarşı sui-qəsd cəhdi olub.

Tağıyev tibb məntəqəsindən çıxan zaman güllələnib.

O, bütün həyatı boyu idmanla məşğul olub. Bir müddət əvvəl ayağından zədələnib və həkimə müraciət edib. Muzdlu qatil yerli vaxtla 20:00-da tibb məntəqəsini tərk edən Toğrula bir neçə dəfə atəş açıb. O, qardaşı tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Toğrul Tağıyev 15 ilə yaxındır, pul qazanmaq üçün regiondan paytaxta gəlib. Əvvəlcə meyvə və tərəvəz satmaqla dolanıb. 2012-ci ildə isə evlənib.

"Hər şey avtoyuma məntəqəsi açıldıqdan sonra başlanıb. Zənglər gəlir və təhdidlər edilirdi. Ona deyirdim, ticarətdən gələn pul da bəsimizdir. Niyə riskə gedək? Mənə qulaq asmırdı. Martın 21-də onun maşınını atəşə tutmuşdular. O, ağır yaralanmışdı.

Bundan sonra düşündük ki, hər şey sakitləşib. Ancaq bir ay əvvəl ərimin obyekti fəaliyyətə başladı. Düşünürəm ki, ona atəş açanlar eyni adamlardır. Onu dəfn etməyə gedirəm. İki övladım atasız qaldı. Uşaqlarıma hələlik bacım baxacaq”, - iş adamının həyat yoldaşı Şəhla deyib./oxu.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar