Xəbər lenti
14 yaşlı qız intihar etdi - Putinə məktub da yazmışdı

Rusiyanın Smolensk vilayətində 14 yaşlı qız özünə qəsd edib.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, məktəbli Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktubunda anasının aldığı cüzi əməkhaqqından, həmçinin mütəmadi olaraq sinif yoldaşları tərəfindən ələ salınmasından, təhqirlərə məruz qalmasından şikayətlənib. Belə ki, görmə qabiliyyəti zəif olduğundan, daim sinif yoldaşları ona sataşıblar. Qızcığazın ölümündən əvvəl sosial şəbəkədə paylaşdığı sonuncu status belədir: "Niyə hamınız bu qədər qəddarsınız?"
İntihar edən məktəblinin anası xəstəxanada texniki işçi kimi çalışıb. Qızı ölkə başçısına məktub yazdıqdan sonra qadın xəstəxananın rəhbərliyi tərəfindən çağırılaraq övladına görə tənbeh edilib.
Bəzi məlumatlara görə, məktəblinin intihar öncəsi yazdığı daha bir məktub onun meyitinin yanından tapılıb. Məktubda 14 yaşlı qız ölümündə kimsənin günahlandırılmamasını xahiş edib.(virtualaz.org)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar