Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda toydan sonra GÖRÜNMƏMİŞ HADİSƏ: iki qardaş eyni yerdə, eyni şəkildə öldü

Tarix: 21-11-2018 12:40     Baxış: 3365 A- / A+
Azərbaycanda toydan sonra GÖRÜNMƏMİŞ HADİSƏ: iki qardaş eyni yerdə, eyni şəkildə öldü

Dünən gecə saatlarında Zaqatalada baş vermiş dəhşətli yol qəzası ilə bağlı təfərrüatlar üzə çıxıb.


Manevr.az
-ın publika.az-a istinadən verdiyi məlumata görə, axşam, saat 22 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kəndi ərazisindən keçən hissəsində idarə etdiyi “Lada Priora” markalı avtomobili işıq dirəyinə vuran Kahayev Emil Şamil oğlu hadisə vaxtı sərxoş vəziyyətdə olub. Belə ki, 29 yaşlı Emil rayon ərazisindəki “Aysel” şadlıq sarayında qohumunun toy mərasimində iştirak edib. O, toydan sonra içkili vəziyyətdə sükan arxasına əyləşərək yaşadığı Aşağı Çardaqlar kəndinə getmək istəyib. Qohumlarının gənc oğlana mane olmağa, onun sərxoş olması səbəbindən maşın sürməməsini demələrinə baxmayaraq Emil həmkəndlisi, 21 yaşlı Amid Şabanovla yola çıxıb. Bir qədər keçəndən sonra o, Danaçı kəndi ərazisində maşını sürətlə işıq dirəyinə vurub və hadisə yerindəcə keçinib. 21 yaşlı Amid isə xəstəxanada vəfat edib.

Bildirilir ki, vəfat edən Amid Şabanov subay, Emil Kahayev isə ailəli olub. Onun iki körpə qızı var imiş.

Qeyd edək ki, dünən qəzanın baş verdiyi yerdə - Danaçı kəndi ərazisində 2013-cü ildə Emilin böyük qardaşı Elçin Kahayev də idarə etdiyi “Nissan-Tiana” markalı avtomaşınla dəhşətli yol qəzası törədib və orada həlak olub. Həmin qəzada daha 1 nəfər də ölmüş, 3 nəfər isə xəstəxanaya yerləşdirilmişdi.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar