Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda toydan sonra QANLI DAVA: 1 nəfər güllələndi

Tarix: 20-11-2018 22:12     Baxış: 3183 A- / A+
Azərbaycanda toydan sonra QANLI DAVA: 1 nəfər güllələndi

Noyabrın 18-nə keçən gecə Şüvəlanda baş vermiş güllələnmə hadisəsinin təfərrüatları məlum olub.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Əliyev Qorxmaz Adil oğlu güllələdiyi 1979-cu il təvəllüdlü Sərvər Quliyevin qardaşı ilə həmin gün bir məclisdə iştirak edib. Belə ki, qohum olan həmin şəxslər Şamaxı rayonuna Qorxmazın dayısı qızının toyuna gedib. Daha sonra onlar avtobusla bir yerdə Bakıya qayıdıblar. Yolda Sərvər Quliyevin ögey qardaşı Anar Hüseynovla Qorxmaz arasında mübahisə baş verib. Bu zaman Qorxmaz Anarı vurub. Avtobus şəhərə çatan kimi həmin şəxslər metronun “20 Yanvar” stansiyası yaxınlığında düşürdülüb. Anar tez Şüvəlana gələrək yolda baş verənlər barədə Sərvərə danışıb. İki qardaş Qorxmazın gəlməsini gözləyiblər və onu yaxalayaraq qisas almaq istəyiblər. Bu zaman Q.Əliyev maşınında olan tapança ilə atəş açıb. Güllə Sərvərin boyun nahiyəsinə tuş gəlib. O, ağır vəziyyətdə xəstəxanaya çatıdırılıb.

Polis tərəfindən saxlanılan Q.Əliyev barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb.

Qeyd edək ki, insident zamanı Q.Əliyevlə A.Hüseynov da xəsarətlər alıb.

Araşdırmalar davam etdirilir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar