Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

General-leytenantın oğlu döyüldü - “Polis məsələyə laqeyd yanaşır”

Tarix: 05-11-2016 19:57     Baxış: 3562 A- / A+
General-leytenantın oğlu döyüldü

Sumqayitfakt.Az

Ukraynanın Xarkov şəhərində Azərbaycan əsilli iş adamı, Ukrayna ordusunun ehtiyatda olan general-leytenantı Vüqar Ələsgərovun azyaşlı oğlu etnik zəmində hücuma məruz qalaraq amansızlıqla döyülüb.

Bu barədə V. Ələsgərov özü məlumat verib.

O bildirib ki, 1-ci sinifdə oxuyan oğlu təhsil aldığı Xarkov şəhəri 71 saylı orta məktəbdə naməlum şəxslərin hücumuna məruz qalıb.

V. Ələsgərovun sözlərinə görə, oğlu amansızlıqla döyülüb, ona müxtəlif bədən xəsarətləri yetirilib.

“Hadisə barədə mənə həyat yoldaşım məlumat verdi. Dərhal özümü hadisə yerinə yetirdim. Körpə uşağı qəddarcasına döyüblər. Oğlumun dişləri sındırılıb, bədəni və başından xəsarətlər alıb. Mən məktəbin direktorundan hadisə haqda məlumat almaq istəyərkən o mənim üstümə yuxarı sinif şagirdlərini çağırıb, hədə-qorxu gəlməyə başladı. Direktor “Sizin Ukraynada nə işiniz var ki, bunlar da başınıza gəlsin?!” dedi. Mən düz 30 il Ukrayna ordusunda xidmət etmişəm. Hadisə barədə polisə də məlumat vermişəm. Lakin polis məsələyə laqeyd yanaşır. Biz bunu özümüzə qarşı basqı kimi qiymətləndiririk” – deyə V. Ələsəgərov qeyd edib.apa

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar