Xəbər lenti
Zaqatala sakini meşədə müəmmalı şəkildə öldü

Zaqatala rayon sakini meşədə müəmmalı şəkildə ölüb.
Report-un məlumatına görə, rayonun Əliabad qəsəbə sakini 38 yaşlı Cəbrayıl Cəbrayılov noyabr ayının 4-ü meşəyə odun toplamaq üçün gedib və geri qayıtmayıb.
C.Cəbrayılovun yaxınlarının həmin gün axşam olan axtarışları nəticə verməyib. Noyabr ayının 5-i səhər mərhumun qohumları və kənd sakinləri onun meyitini meşənin dərinliklərindən tapıblar.
Mərhumun qohumu Əhmədiyyə Musayev məlumat verib ki, C.Cəbrayılovu və atını meşədə ölü vəziyyətdə tapıblar: "O, üzü aşağı yıxılaraq dünyasını dəyişib. Onun nədən öldüyü hələ dəqiq bilinmir, ehtimal olunur ki, ehtiyatsızlıqdan xəsarət alıb və dünyasını dəyişib. Çünki o, geri qayıdarkən meşənin bataqlıq hissəsində araba bir neçə dəfə batıb".
Faktla bağlı araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar