Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda toy günü ÜRƏK DAĞLAYAN HADİSƏ: arvadı getdi, özü isə yedi, içdi, sonra...

Tarix: 19-11-2018 22:18     Baxış: 3317 A- / A+
Azərbaycanda toy günü ÜRƏK DAĞLAYAN HADİSƏ: arvadı getdi, özü isə yedi, içdi, sonra...

Salyan rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Manevr.az-ın publika.az-a istinadən məlumatına görə, rayonun Yolüstü kəndində özünü asaraq intihar edən 1989-cu il təvəllüdlü Kərimov Seyran Dadaş oğlu özünə qəsd edən zaman sərxoş vəziyyətdə olub.

Yaxınlarının bildirdiyinə görə, Seyran Kərimov evli və 2 uşaq atası olub. Son vaxtlar onun ailəsində maddi məsələlər səbəbindən problemlər yaranırmış. Belə ki, həyat yoldaşının müalicə xərcini qarşılaya bilmədiyi üçün qadın iki uşağını da götürərək 2 ay əvvəl atası evinə gedibmiş.

Dünən isə Seyrangilin qapıbir qonşusu toy edib. O, qonşunun toyunda iştirak edib və axşam saatlarında sərxoş vəziyyətdə evə gəlib. Bu zaman atası Seyrana irad bildirib. O, Seyrana ailəsinin çıxıb getdiyini, onun isə məclislərdə kef çəkdiyini, spirtli içki qəbul etməsini irad bildirib. Psixoloji sarsıntı keçirmiş Seyran Kərimov daha sonra həyətdəki dama keçərək kapron iplə özünü asıb. Lakin ip onun ağırlığına tab gətirməyərək qırılıb.

Bir neçə dəqiqə sonra Seyranın arxasıyca dama girən qardaşı onun yerdə çabaladığını görüb və atası ilə birgə maşına qoyaraq Şirvan şəhər xəstəxanasına çatdırıblar. Lakin gənc oğlan yolda keçinərək vəfat edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar