Sizin Reklam Burada
Xəbər lenti
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

Ana doğduğu körpəsini öldürdü - Azərbaycanda DƏHŞƏT

Tarix: 17-11-2018 17:34     Baxış: 4312 A- / A+
Ana doğduğu körpəsini öldürdü - Azərbaycanda DƏHŞƏT


Azərbaycanda ana yeni doğduğu körpəsini öldürüb.

Manevr.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından open.az-a verilən məlumata görə, hadisə Lənkəranda qeydə alınıb.

Lənkəranın Girdəni kənd sakini, 1997-ci il təvəllüdlü Fəridə Üzeyir qızı Kərimzadə on gün əvvəl dünyaya gətirdiyi Toğrul Məmmədovun göbək nahiyəsinə qayçı ilə xəsarət yetirib. Göbəyindən kəsilmiş-deşilmiş xəsarətlər alan körpə əvvəlcə rayon xəstəxanasına, oradan da Bakıya - Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD) aparılıb. Göstərilən tibbi yardımlara baxmayaraq körpə noyabrın 15-də orada dünyasını dəyişib.

Araşdırmalar zamanı müəyyən edilib ki, F. Kərimzadə həmin körpəni dünyaya gətirən zaman sarsıntı keçirib və o, "dəqiqləşdirilməmiş doğuşdan sonrakı psixi pozuntu” diaqnozu ilə qeydiyyata götürülüb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar