Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda qız nişanından bir gün öncə başqasına qoşulub qaçdı

Tarix: 16-11-2018 10:32     Baxış: 3311 A- / A+
Azərbaycanda qız nişanından bir gün öncə başqasına qoşulub qaçdı

İsmayıllı rayonunda kəndlərindən birində (kəndin adı bəlli olsa da, müəyyən səbəblərdən açıqlanmır) məktəb yaşlı qız qaçırılıb.
Manevr.az publika.az-a istinadla xəbər verir ki, 16 yaşlı qızın kim tərəfindən qaçırıldığı bəlli deyil.

Məlumata görə, bu gün isə onun nişanı olacaqmış. Qız nişanından bir gün əvvəl qaçırılıb.

Kənd sakinlərinin sözlərinə görə, dünən səhər saat 11 radələrində evlərində nişan hazırlığı görülərkən qız qonşuluqdakı bacısıgilə qab gətirməyə gedib. Bir neçə saat keçsə də, o qayıtmayıb. Anası digər qızı ilə əlaqə saxlayıb, onlara getmədiyi məlum olub.

Ailə polisə müraciət edib. Bir neçə saat sonra qız özü ailəsi ilə əlaqə saxlayıb və könüllü qaçdığını deyib. O, Qəbələ rayonunda sevdiyi oğlana qaçdığını bildirib. Oğlanın ailəsi də bu izdivaca razı olduğunu deyib.

Sakinlər deyir ki, bu gün nişanlanacağı oğlana anası məcbur verirmiş, qız buna razı deyilmiş.

Hazırda polis qızın axtarışını davam etdirir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar