Xəbər lenti 
					
 
		Yeznələrinin ağzını bıçaqla cırdılar - Təfərrüat

Sabirabad rayonunun Əhmədabad kəndində baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları bəlli olub.
Bu barədə AzNews.az-a Sabirabad rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, hər iki xəstənin - 51 yaşlı Əhməd Əhmədov və onun oğlu, 26 yaşlı Xamza Əhmədov ciddi bıçaq yaraları alıb: “Atanın yanını, qolunu, oğlunun üzünü bıçaqla kəsik-kəsik, ordunu isə cırıq-cırıq ediblər. Hər ikisi qanaxma ilə xəstəxanaya gətirilib. Qanaxmaları dayandırılıb. Ağır vəziyyətdən çıxarılıb. Polis şöbəsindən gəlib hər ikisindən izahat alıblar”.
Xəstəxanadan onu da əlavə ediblər ki, bıçaqlanma hadisəsi ailə münaqişəsi zəminində baş verib: “Bıçaqlayan şəxslər ata və oğulun qohumudur. Onlar qohumlarının qızını alıblar. Kişi deyir ki, qız evinin adamları qəfildən üstlərinə hücum çəkib”.
Qeyd edək ki, Sabirabad rayonunun Əhmədabad kəndində bıçaqlanma hadisəsi qeydə alınıb. Məlumata görə, həmin kəndin sakinləri, 51 yaşlı Əhməd Hafiz oğlu Əhmədov və onun oğlu, 26 yaşlı Xamza Əhməd oğlu Əhmədov qohumları tərəfindən bıçaqlanıb.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















