Xəbər lenti
"Bəlkə içimizdəki ermənilərdənsən ki, şəhid anasını təhqir etməyə özünü borclu bilirsən"
Acı reallıqdır ki, bəziləri insanları minib çapmağı, oğurluğu, yalanı həyat norması elan ediblər. Oturduqları kreslolardan güc alanlar insanlıqdan özlərini elə məhrum ediblər ki, kiçik beyinlərindəki xam xəyalları dünya hesab edirlər.
Bu dünyada tək güc Uca Allahdır, Allah ki, o bu zülmü cavabsız qoymaz. Şəhid anasına qarşı edilən bu sayğısızlıq, bu münasibət qarşısında susan dilsiz şeytandır.
O anaya ki, oğlu şəhid olmuş. Şəhid övladının qoxusunu aldığı nəvəsini əməliyyat etdirmək üçün qapı-qapı gəzir. Ürəyində dəlik olan iki yaşlı uşağın qurtulması üçün döymədiyi qapı qalmayıb. Ona dəstək olmaq əvəzinə qapısından qovan namərdin damarlarından mənim millətimin qanı axa bilməz.
Ey qafil, sən o kresloda oturursansa, müstəqillik uğrunda şəhid və qazi olan ərlərimizə borclusan. Bəlkə içimizdəki ermənilərdənsən ki, şəhid anasını təhqir etməyə özünü borclu bilirsən. Ancaq kim olursan-ol, bu millət şəhid anasına həqarəti əsla sənə bağışlamayacaqdır. Bu millətin çörəyi fitil-fitil burnundan bir gün gələcəkdir. Ya bir gün tez, ya bir gün gec, ancaq ədalət mütləq təcəlli edəcəkdir.
İnşallah o balamızı da daha gözəl həyat qarşıda gözləməkdədir. Və bil ki, sən və sənin kimilər nə qədər çox olsanız da, qarşınızda biz var olacağıq. Nə bu, nə də o biri dünyada əsla yaxanızı buraxmayacağıq.
Mübariz Mənsimov, "Palmali" Şirkətlər Qrupunun prezidenti
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar