Sizin Reklam Burada
Xəbər lenti
16-09-2026
15-09-2026
BÜTÜN XƏBƏRLƏR

Xəzərdə itən balıqçılar sağ TAPILDI

Tarix: 08-11-2018 15:52     Baxış: 2246 A- / A+
Xəzərdə itən balıqçılar sağ TAPILDI

Bu gün Novxanı qəsəbəsində taxta qayıqla dənizə çıxan 2 balıqçının təhlükə ilə üzləşməsi barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologilayalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub.

Sahildən 10 km məsafədə qayığın hərəkət vericisi xarab olduğundan su axınının balıqçılar olan qayığı açıq dənizə doğru apardığı bildirilib.

Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Bakinskaya – 3” gəmisi kömək üçün hadisə yerinə yönəldilib. Xilasetmə əməliyyatlarının koordinasiyasını həyata keçirən Milli Mərkəz tərəfindən operativliyi təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin sürətli qayığı hadisə yerinə cəlb edilib. Balıqçılar FHN xilasedicilərinin müşaiyəti ilə sahilə çatdırılıb.

İlk anda yaxınlıqda olan və hadisə yerinə yönəldilən Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Bakinskaya – 3” gəmisi geri çağırılıb./femida.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar