Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Mingəçevirdə maskalı adam peyda olub" - Kameraya da düşüb - VİDEO

Tarix: 06-11-2018 20:57     Baxış: 3247 A- / A+
"Mingəçevirdə maskalı adam peyda olub" - Kameraya da düşüb - VİDEO



Mingəçevirdə bir mağaza sahibi qəribə hadisə ilə üzləşir. Gecə saatlarında kimsə onun mağazasının qarşısına qəribə yazılar olan kağız parçaları qoyur, qapılara divarlara qurd yağı sürtür.Bunu edən şəxs gecə kameraya da düşüb. Lakin hələki onun kimliyi məlum deyil.


Piştaxtaların üzərinə torpaq səpilir, mağazanın qapısına yağ sürtülür. Bu azmış kimi, siqaret kötüklərinə bənzər dualar həmin obyektə atılır. Müxtəlif yazılar olan bükülü kağızlar maqnitlə bərabər ərazidə olan dəmir hissələrə yapışdırlır.

Qeyri-adi hadisə Mingəçevirdə, Mirvari Məmmədovaya məxsus mağazada baş verib. Bir neçə müddətdir davam edən hadisələr obyektə quraşdırlan təhlükəsizlik kamerlarına da düşüb. Görüntülərdə maskalı şəxsin gecə saatlarında satış mərkəzinə yaxınlaşaraq əli ilə obyektin qapı və divarına nəsə sürtdüyü aydın şəkildə görünür. Mirvari Məmmədova həmin şəxsin"qurd yağı" deyilən vasitəni mağazanın müxtəlif hissələrinə sürtməklə onlara pisxoloji təsir göstərməyə cəhd etdiyini deyir.

Mingəçevir sakini baş verən qeyri-adi hadisələrinyeni inşa edilən mənzillərində də qeydə alındığını bildirir. Maraqlı məqam ondan ibarətdir ki, diqqət çəkməmək üçün dualar müxtəlif formalarda hazırlanır.

Mingəçevirdə baş verən hadisə iləbağlı polisə də məlumat verilb. Məmmədovlar heç kimlə ədavətlərinin olmadığını deyirlər. İndi onlar həmin şəxsin tezliklə ifşa olunmasını istəyir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar