Sizin Reklam Burada
Xəbər lenti
17-08-2025
16-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ziyarət üçün 2 nəfərin pulunu mənimsəyən DƏLƏDUZ danışdı

Tarix: 06-11-2018 18:54     Baxış: 2251 A- / A+
 Ziyarət üçün 2 nəfərin pulunu mənimsəyən DƏLƏDUZ danışdı

Salyan rayon Xalac kənd sakini Cəmil Mirzəyev Salyan Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, təsadüfən tanış olduğu Miramil adlı şəxs ondan iki nəfərin Məşhəd və Kərbəla ziyarətlərinə aparılması üçün 640 manat pulunu və ümumvətəndaş pasportunu alıb, lakin vədinə əməl etməyib.

ARB TV xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində özünü Miramil kimi təqdim edən şəxsin 1986-cı il təvəllüdlü, Şirvan şəhər Heydər Əliyev küçəsi ev 46, mənzil 34-də yaşayan Amil Zeynalov olduğu müəyyənləşib.

Lakin Amil Zeynalov həmin şəxsləri aparmayıb. Özü isə qeyd olunan ziyarətdən qayıdarkən saxlanılıb və polis şöbəsinə gətirilib. İlkin istintaq zamanı o, törətdiyi əməli etiraf edib.

Amil Zeynalov - saxlanılan şəxs: “Cəmili tanıyırdım, qardaşnan məsciddə tanış olmuşdum. 3 nəfəri pulsuz aparacaqdıq ziyarətə, 2 nəfəri də puluynan. Nəsə bu iş alınmadı. Etdiyim bu hərəkətdən, işdən peşimanlıq çəkirəm”.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır. big.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar