Xəbər lenti
19 yaşlı qızı gecə klubunda təpiklədilər
"Perdu" gecə klubunda döyülən 19 yaşlı Laurin Parker belə deyir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Geordie Shore" realiti-şousunun buraxılışlarından birində çəkiləndən sonra populyarlaşan "Perdu" İngiltərənin Nyukasl şəhərində populyar əyləncə məkanlarından biridir.
Laurin də rəfiqələri ilə birlikdə Hellouin bayramını qeyd etmək üçün bu kluba yollanmışdı.
Klubda əylənən Laurin iki rəfiqəsi ilə birlikdə ikinci mərtəbəyə, ayaqyoluna getmək istəyib.
O, pilləkəndə olarkən ayağı sürüşüb və bu zaman klubun mühafizəçilərindən birinə toxunub.
"Klubdakı pilləkənin necə sürüşkən olduğunu hamı bilir. Müvazinətimi saxlaya bilmədim, səndərlədim və mühafizəçiyə toxundum. Daha doğrusu, yıxılmamaq üçün onun qolundan tutdum. O isə məni yumruqla vurub yerə sərdi, sonra da ayaqları ilə vuraraq pilləkəndən aşağı salmağa başladı. Çox güclü idi, müqavimət göstərə bilmədim", - Laurin Parker söyləyib.
Laurin rəfiqələri bu biabırçı olayın videosunu çəkərək Facebook-da paylaşıblar.
Qalmaqal qopub və Nyukasl şəhər polisində araşdırma başlanıb.
"Perdu" klubunun sahibi həmin mühafizəçini işdən qovub.
"Məni döyən adamın işdən qovulduğunu deyirlər. Ola bilər. Bəs zərbələrdən göyərmiş bədənim, aldığım travmalar və yaralar nə olsun?! Qollarım, ayaqlarım göyərib, küçəyə çıxa bilmirəm. Depressiyadayam, psixoloq yardımı alıram", - Laurin deyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar