Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Vətəndaşları ziyarət adıyla aldatdı və... - Salyanda ŞOK CİNAYƏT - FOTO

Tarix: 05-11-2018 21:02     Baxış: 2304 A- / A+
Vətəndaşları ziyarət adıyla aldatdı və... - Salyanda ŞOK CİNAYƏT - FOTO

Salyan rayonunda Məşhəd və Kərbəla ziyarətinə getmək istəyənləri aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb.


Manevr.az
report-a istinadən xəbər verir ki, rayonun Xalac kənd sakini Cəmil Gülağa oğlu Mirzəyev Salyan rayon Polis şöbəsinə müraciət edib.

O, təsadüfən tanış olduğu Miramil adlı şəxsin onu və həyat yoldaşını Məşhəd və Kərbəla ziyarətlərinə aparacağı adı ilə ondan 640 manat və ümumvətəndaş pasportunu aldığını, lakin vədinə əməl etmədiyini bildirib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində özünü Miramil kimi təqdim edən şəxsin 1986-cı il təvəllüdlü, Şirvan şəhər. H.Əliyev küçəsi ev 46, mənzil 34 ünvanında yaşayan Amil Əlisəfa oğlu Zeynalov olduğu müəyyənləşib. Aparılmış araşdırma zamanı Cəmil Mirzəyevin Nigar Hacıağa qızı Sadıqova və Sona Budaq qızı Həsənovanı Məşhəd və Kərbəla ziyarətinə aparmaları üçün Amil Zeynalova bu il oktyabrın 8-də rayonun Qarabağlı kəndində 320, oktyabrın 10-da isə Xalac kəndində 320 manat pul verdiyi məlum olub. Lakin Amil Zeynalov həmin şəxsləri aparmadan ziyarətdən qayıdarkən saxlanılıb. A. Zeynalov törətdiyi əməli etiraf edib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Vətəndaşları ziyarət adıyla aldatdı və... - Salyanda ŞOK CİNAYƏT - FOTO




Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar