Sizin Reklam Burada
Xəbər lenti
20-09-2024
19-09-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı vəkilə qarşı "qadın döymək" iddiası

Tarix: 03-11-2016 14:35     Baxış: 4433 A- / A+
Azərbaycanlı vəkilə qarşı "qadın döymək" iddiası


Vəkil Fariz Namazlı bu barədə Yasamal polisində xəbər tutub. Noyabrın 2-də onu Yasamal Rayonu Polis İdarəsinin 28-ci polis bölməsinə dəvət ediblər.

F. Namazlının bildirdiyinə görə, dəvət oktyabrın 20-də Bakı Apelyasiya Məhkəməsində baş vermiş insidentlə bağlı olub.

Vəkil həmin insident zamanı məhkəmə prosesində iştirak edən şəxslərin ona hücum etdiklərini deyir.

28-ci polis bölməsinə gedən vəkilə orda bildiriblər ki, məhkəmə zalında baş verən insidentdə iştirak edən şəxslər ondan Daxili İşlər Nazirliyinin ”102 xidməti”nə şikayət ediblər.

Şikayətçilərin iddiasına görə, F. Namazlı məhkəmə zalındakı qarşıdurma zamanı bir qadını döyüb, ona xəsarət yetirib.

“Şikayət etmiş qadın tibbi ekspertizadan da keçib. Ekspert rəyində qadına yüngül xəsarət yetirildiyi ifadə olunub”, - vəkil bildirib.

F. Namazlı polis bölməsində heç kimə xəsarət yetirmədiyini, özünün hücuma məruz qaldığını bildirib.

“Bunu məhkəmə zalında olan kamera görüntüləri də təsdiqləyir. Görüntüləri polis bölməsinə təqdim etmişik. Həmin görüntülərdə məhkəmə zalında nələrin baş verdiyi aydın görünür”, vəkil qeyd edib.

Vəkilin də adı keçən insident ötən ay Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Rəsul Fazilov barəsində hökmdən verilmiş şikayətə baxış zamanı baş verib. F.Namazlı təqsirləndirilən tərəfi təmsil edib.

Bunu məhkəmə zalında olan kamera görüntüləri də təsdiqləyir. Görüntüləri polis bölməsinə təqdim etmişik. Həmin görüntülərdə məhkəmə zalında nələrin baş verdiyi aydın görünür.
Prosesdə qismən məhkəmə istintaqı aparılması barədə vəsatətin verməsi, və məhkəmənin də həmin vəsatəti təmin etməsinin ardınca iclasda qarışıqlıq yaranıb.

Vəkildən Daxili İşlər Nazirliyinin ”102 xidməti”nə şikayət edənlərin məsələ ilə bağlı fikirlərini isə, hələlik öyrənmək mümkün olmayıb ("Amerikanın səsi").

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar