Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

DTX ölkədə terror aktı hazırlayan iki nəfəri məhv etdi (RƏSMİ)

Tarix: 04-11-2018 14:44     Baxış: 2189 A- / A+
DTX ölkədə terror aktı hazırlayan iki nəfəri məhv etdi (RƏSMİ)

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gəncə şəhərində əməliyyat həyata keçirib.

DTX-nin İctimai əlaqələr şöbəsindən qaynarinfo-ya verilən məlumatda bildirilir ki, radikal dini ekstremist qrupun üzvləri Ələkbərov Famil Fazil oğlu və Rzayev Rüstəm Rafael oğlunun silah-sursat və partlayıcı maddələr əldə etmələri, ölkə ərazisində terror aktı planlaşdırdıqları barədə daxil olmuş məlumat aparılan araşdırmalarla öz təsdiqini tapıb və DTX bu məqsədlə təxirəsalınmaz tədbirlər keçirib.

Məlumata görə, 2018-ci il noyabrın 4-də Gəncə şəhərində tərkisilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı R.Rzayev və F.Ələkbərovun olduğu və sonuncunun idarə etdiyi avtomobil saxlanılıb. Lakin həmin şəxslər odlu silahdan atəş açıb silahlı müqavimət göstəriblər. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq F.Ələkbərov və R.Rzayev məhv edilib.

"Hadisə yerindən 1 ədəd "Kalaşnikov” avtomatı, həmin silaha aid sursat, 1 ədəd "F1” əl qumbarası, Famil Ələkbərova məxsus avtomobilə baxış zamanı partlayıcı maddə olan 3 ədəd 200 qramlıq trotil şaşkası və onları işə salmaq üçün 3 ədəd elektrodetonator aşkar edilərək maddi sübut kimi götürülüb", - deyə məlumatda qeyd olunur.

Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar