Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sümüklərini qırdılar və… - Azərbaycanlı qadın fəal dəhşətli işgəncə

Tarix: 02-11-2018 11:57     Baxış: 2222 A- / A+
Sümüklərini qırdılar və… - Azərbaycanlı qadın fəal dəhşətli işgəncə
İranın Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Mərənd İdarəsinin təcridxanasında işgəncələrdən sonra xəstəxanaya düşən Güney Azərbaycanın milli-mədəni fəalı Həkimə Əhmədi yenidən təcridxanaya qaytarılıb.

Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə qadın fəalın yaxınları məlumat yayıb.

Həkimə Əhmədinin səhhəti barəsində hansı qərarı veriləcəyi məlum deyil. Fəalın hansı ittiham əsasında saxlandığı da naməlumdur.

Həyat yoldaşı Məhəmmədrza Qurbani ötən günlərdə iki video yayaraq Həkimə Əhmədinin ETTELAAT-ın təcridxanasında döyüldüyünü, işgəncə nəticəsində iki qabırğa sümüyünün qırıldığı və barmaqlarının yaralandığını bildirmişdi.

Onun sözlərinə görə, ETTELAAT əməkdaşları oktyabrın 18-də evə basqın edərək, Həkimə xanımı saxlayaraq naməlum istiqamətə aparıblar.

Fəalın ailə üzvlərini təhdid edən kəşfiyyatçılar axtarış apardıqdan sonra evdən 2 kompüter, 3 mobil telefon və bir neçə mobil telefon nömrəsini götürüblər.

Həkimə Əhmədi İranın ümumtəhsil müəssisələrində Azərbaycan dilinin tədrisi ilə bağlı fəaliyyət göstərir. İki uşaq anası olan fəal tanınmış sosioloqdur.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar