Xəbər lenti
Rusiyada keçmiş deputat onu cərimələmiş polis əməkdaşını döydü

Moskvanın Qərb Muxtar Dairəsi dumasının keçmiş deputatı Leonid Titov onu avtomobilini düzgün park etmədiyinə görə cərimələmiş polis əməkdaşını döyüb.
Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, keçmiş duma üzvü “BMW X5” avtomobilini Rusiya paytaxtının məşhur Kutuzov prospektində saxlayıb. Burada isə parklanma qadağandır. Polis əməkdaşı Aleksandr Balaşov bu barədə Titovu xəbərdar edib və cərimə protokolu yazaraq, maşını oradan götürmək üçün evakuator çağırıb.
“Bilirsən mən kiməm?” deyərək, keçmiş deputat cərimədən yayınmaq istəsə də, polis əməkdaşı dediyindən dönməyib və bu zaman Titov onun üzünə yumruq vurub. Nəticədə, evakuator maşını cərimə dayanacağına aparıb.
Mənbə bildirir ki, keçmiş deputatın barəsində hakimiyyət nümayəndəsinə zor tətbiq etdiyi üçün cinayət işi qaldırılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar