Xəbər lenti
Üç uşağının boğazını kəsib intihar edən ananın bu sözləri qan dondurdu

Adanada 3 uşağının boğazını kəsərək öldürən cani ananın məhkəmədəki ifadəsi hər kəsi dəhşətə gətirib.
Sonxeber.az Big.az-a istinadən xəbər verir ki, Səlma Cicə bildirib ki, ərinin ona etdiklərinin heyfini uşaqlarından çıxıb, daha sonra da özünü öldürmək istəyib: " İlk öncə özümü öldürəcəkdim. Sonra düşündüm ki, mən öləndən sonra uşaqlarım pərişan olacaqlar. Ona görə ilk öncə uşaqları öldürüb intihar etmək qərarına gəldim. İlk öncə qapıları bağladım.
Uşaqlar o zaman yatırdı. Onları yuxudan oyandırıb, mətbəxdən bıçaq götürdüm. Uşaqlar bıçağı görüncə "Ana, onu neyləyirsən?" deyə soruşdular. Mən də sizi bir yerə aparıb, sonra da mən gələcəyəm dedim. Onları koridora gətirib bir-bir boğazlarını kəsdim. Sonra da biləklərimi kəsib ölməyimi gözlədim. Bir anlıq əsəblə oldu. Çox peşmanam".
Qeyd edək ki, 26 yaşlı Selma Cicə həyat yoldaşı ilə mübahisə etdikdən sonra 6 yaşlı Mahmud, 11 yaşlı Məhmət Əmini və 9 yaşlı Səmanuru vəhşicəsinə öldürərək intihar etmişdi. Bir gün reanimasiyada qalan qadın məhkəmədə ilk açıqlamasında "Onlar da mənim kimi rəzil olmasın deyə kəsdim" deyə bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar