Xəbər lenti
Yeni sayt fəaliyyətə başladı - Öz yazını yerləşdir

“Heryeredebiyyat.az” adlı yeni sayt fəaliyyətə başlayıb.
Manevr.az xəbər verir ki, bu barədə “Hər yer ədəbiyyat hərəkatı”nın yaradıcıları məlumat yayıblar.
Hərəkatın qurucularından olan yazıçı Ayxan Ayvaz bildirib ki, sözügedən aksiyanın geniş vüsət almasından sonra sayt yaradılmasına qərar veriblər:
“Şair dostumuz Alik Əlioğlu mənə sayt açmağı təklif etdi. Dedi ki, bu hərəkatın mütləq bir saytı olmalıdır, mən də razılaşdım. Hazırda saytı özü işlədir.
Saytda müsahibə, xəbər, şeir və tərcümə bölmələri fəaliyyət göstərir. Bundan əlavə “yazını dərc et” bölməsi də var. Hər kəs öz yazısını sayta yerləşdirə bilər”.
Qeyd edək ki, bir müddət bundan əvvəl yazıçı-şair, jurnalist və s. tanınmışlar sosial şəbəkələrdə yeni trend başladıblar. “#heryeredebiyyat” həştəqi ilə paylaşılan status və videolarda müəlliflər insanları çağdaş ədəbiyyatı oxumağa çağırıb. Kampaniya üzvlərinin sözlərinə görə, aksiyanı keçirməkdə məqsəd kitabdan uzaq düşmüş şəxslərdə çağdaş ədəbiyyata maraq yaratmaqdır./kult.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar