Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Süpürgəçi qadını zorlayan müəllim məktəbdə yenidən işə başladı - Azərbaycanda

Tarix: 25-10-2018 11:42     Baxış: 3183 A- / A+
Süpürgəçi qadını zorlayan müəllim məktəbdə yenidən işə başladı - Azərbaycanda


Bir müddət öncə Cəlilabad rayon Muğan kənd tam orta məktəbində süpürgəçi qadına təcavüz edən müəllimin yenidən işə qayıtdığı bildirilir.

Manevr.az bildiri ki, bu barədə A24.az-a kənd sakinləri məlumat veriblər. Məlumatda 2017-ci ildə həmin məktəbin təmizlik işçisi A.Z.-yə təcavüz edərək onunla cinsi əlaqədə olan və həmin anı mobil telefonu vasitəsilə videoqeydiyyata alan ibtidai sinif müəllimi Namiq Babayevin yenidən sözügedən məktəbdə müəllimlik etməyə başladığı iddia olunur.

Məsələnin dəqiqləşdirilməsi üçün Muğan kənd orta məktəbin direktoru Aygün Məlikova ilə əlaqə saxladıq. N.Babayevin yenidən məktəbdə öz vəzifəsinə qayıtdığının dəqiqləşdirilməsi üçün sualımızı ünvanladıq. Xanım direktor bu barədə A24.az-a açıqlamasında heç bir məlumat verə bilməyəcəyini qeyd etdi.

"Hazırda iclasa gedirəm, cəmi 3 dəqiqə vaxtım var. Vaxtım yoxdur, bu barədə isə heçnə deyə bilmərəm" – deyə, A.Məlikova telefonu söndürüb.

Qeyd edək ki, N.Babayev 2017-ci ildə həmin məktəbin təmizlik işçisi A.Z.-yə təcavüz edərək onunla cinsi əlaqədə olub və həmin anı mobil telefonu vasitəsilə videoqeydiyyata alıb. Bu ilin aprel ayında o, yenidən təmizlik işçisi ilə cinsi əlaqəyə girmək istəyib. Lakin təmizlik işçisi buna etiraz edib. Müəllim qadını onunla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri sosial şəbəkələrdə yaymaqla şantaj edib. Təmizlik işçisi onunla yenə də cinsi əlaqədə olmaq istəmədiyini bildirib. Bundan sonra müəllim həmin videogörüntüləri kənd sakinləri arasında yayıb. Kən sakinləri etiraz edərək müəllimin kənddən qovulmasını tələb ediblər.

Qadın mühafizəçini şantaj etdiyi üçün saxlanılan Namiq Babayev barəsində Cəlilabad rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 150.1 (seksual xarakterli zorakılıq hərəkətləri) və 242-ci (pornoqrafik materialları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanılmışdı.

Xatırladaq ki, hadisədən sonra iki uşaq anası olan süpürgəçi qadın kənddən qovulub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar