Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qubada ərinin əmisi oğlu ilə qaçan gəlin POLİSƏ APARILDI

Tarix: 24-10-2018 12:42     Baxış: 3206 A- / A+
Qubada ərinin əmisi oğlu ilə qaçan gəlin POLİSƏ APARILDI



Quba rayonunda 26 yaşlı oğlanın əmisinin gəlinini qaçırdığı üçün linç edilərək öldürülməsi hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.


Manevr.az
xəbər verir ki, həyata keçirilən əməliyyat-istintaq tədbirləri çərçivəsində E.Ə.-nin əmisinin gəlini, 25 yaşlı A.Ə. ilə birgə Bakıda tutularaq Qubaya gətirilməsi, gənc oğlanın Tülər kəndində ağaca bağlanaraq döyülməsi, qarışıqlıq zamanı ona bıçaq xəsarətinin kim tərəfindən yetirilməsi və sair barədə araşdırmalar aparılır.

Bildirilir ki, linçetmədə iştirak etmiş 50-60 nəfər kənd sakini müəyyən edilərək istintaqa cəlb edilib. Bundan başqa 2 övladını və ailəsini ataraq yoldaşının əmisi oğlu ilə qaçan 25 yaşlı A.Ə. də istintaqa cəlb edilib və onun ifadəsi alınıb.

Hazırda qətlin təşkilatçılarının və digər iştirakçıların tam dəqiqləşdirilməsi və onların məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, qətlə yetirilən 26 yaşlı E.Ə. xeyli vaxt imiş ki, Bakıda yaşayırmış. O, daha əvvəl Bakıda başqa qızla nişanlı olsa da, sonradan izdivac pozulub. Bir müddət sonra isə onun, kənddə qonşuluqda yaşayan əmisinin gəlini A.Ə. ilə münasibəti yaranıb. 25 yaşlı qadın uşaqlarını ataraq Bakıya qaçmağa razı olub. Bundan sonra qızın atası, qardaşları, eləcə də onun həyat yoldaşı və digrə qohumları Bakıda məskunlaşan cütlüyü axtarmağa başlayıb və onları yaxalayaraq maşınla qubaya gətirib. Qətl hadisəsi də kənddə küçədə təşkil edilmiş linçetmə mərasimində baş verib./publika.az


Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar