Xəbər lenti
Dağıstanda yüksəklikdən yıxılan Azərbaycan vətəndaşlarının ölüm səbəbi açıqlanıb

Rusiyanın Dağıstan Respublikası üzrə İstintaq Komitəsi tikinti işləri zamanı yüksəklikdən yıxılan üç azərbaycanlı fəhlənin ölüm faktı üzrə yoxlama aparıb.
“Report” yerli mətbuata istinadən xəbər verir ki, Komitənin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan vətəndaşları hündürlükdə işləyən zaman texniki təhlükəsizlik qaydalarını pozaraq sığorta kəmərindən istifadə etməyiblər.
İstintaq müəyyən edib ki, onların üzərində olduqları iş platformasının trosu qırılıb və sürüşmə baş verib. Bu zaman yüksəklikdən yerə yıxılan fəhlələr aldıqları xəsarətlərdən oradaca keçiniblər.
Aparılan yoxlamaların nəticələrinə əsasən, prosessul qərar qəbul olunacaq.
Ölən fəhlələrin cəsədləri oktyabrın 23-də Dərbəndin Salman küçəsində tikilməkdə olan binanın yanında aşkar olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar